Nazir müavini İrəvana gedəcək

"Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin toplantısında iştirak etmək üçün Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İrəvana gedəcək". SİA-nın məlumatına görə, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir.

Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. İclas "Şərq Tərəfdaşlığı" Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə