MQF Seçki Koalisiyası "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Saatlı rayonunda keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Saatlı Rayon Mədəniyyət Evində təşkil edilən tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Oqtay Məmmədov və başqaları iştirak edib.
Ekspertlər seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi mövzusunda çıxışlar edib, ayrı-ayrı təbəqədən olan şəxslərin suallarını cavablandırıb, onlarla fərdi söhbətlər aparıblar.
İctimaiyyət tərəfindən təklif olunub ki, belə tədbirlər kəndlər üzrə də keçirilsin. Xüsusilə ilk dəfə seçkidə iştirak edəcək gənclər üçün belə maarifçilik fəaliyyətinin zəruri olduğu qeyd olunub.
Tədbirin sonunda "MQF Seçki Koalisiyası" nümayəndələri seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilən bu layihə AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB