AŞPA-nın gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. SİA-nın məlumatına görə, 30 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcək sessiyada Ermənistan prezidenti Serj Sarkisyan, Serbiya prezidenti Tomislav Nikoliç, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edəcəklər.

Sessiya çərçivəsində milli təhlükəsizlik və informasiyaya çıxış, uşaqların fiziki toxunulmazlıq hüququ və bir sıra digər məsələlərlə bağlı debatlar keçiriləcək.

Sessiyanın sonuncu günündə azərbaycanlı deputat Sahibə Qafarova "Əmək bazarında yaşlı insanların diskriminasiyası ilə mübarizə" mövzusunda məruzəsini təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə