Səfir: "TANAP layihəsinin tikintisinə ilin sonlarında başlanacaq"
"Azərbaycanın və Türkiyənin ortaq TANAP layihəsi çox gözəl formada irəliləyir. Burada keçirilən görüşlərdə tərəfdaşlarımız hər şeyin qaydasında olduğunu bildiriblər". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun belə deyib. O bildirib ki, layihə ilə bağlı bütün işlər plan üzrə davam edir. Layihənin inşaat işlərinə ilin sonlarında başlanacağı gözlənilir.
Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi barədə məlumat verən səfirin sözlərinə görə, layihənin gələn il sona çatdırılması planlaşdırılır: "Bu dəmiryolu vasitəsilə Çinlə Londonu birləşdirmək mümkün olacaq. İş öz qaydası ilə davam edir. Onu deməliyəm ki, layihə tək region üçün deyil, qlobal səviyyədə vacib olan bir layihədir".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB