“Milli Şura” SOROS Fondundan pul alır

Əflan İbrahimov: "Əli Kərimlinin ölkədən qovulması üçün müvafiq orqanlara müraciət edəcəyik"
“Milli Şura” SOROS Fondundan pul alır

Dünən "EL" Hərəkatından istefa verən təşkilatın Ali Məclisin sədr müavini Əflan İbrahimov və təşkilatın bir neçə rayon təşkilatı sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, mətbuat konfransında cıxış edən Əflan İbrahimov "EL" Hərəkatının yaradıcılarından olduğunu, lakin Eldar Namazov tərəfindən aldadıldığını bildirib: "E.Namazov və R.İbrahimbəyovla razılaşmamız ondan ibarət idi ki, mən təşkilatın sədri seçiləcəyəm. Amma Eldar Namazov məni aldatdı və özü təşkilata sədr seçildi. Sonradan məlum oldu ki, özü gedib R.İbrahimbəyova deyib ki, məni sədr seç, o da razılaşıb. Məni İcra Aparatının rəhbəri də seçmədilər. Sadəcə məni təşkilatın Ali Məclisinin sədr müavini təyin etməklə kifayətləndilər. Etiraf edim ki, məni R.İbrahimbəyov aldadaraq "EL"-ə gətirib. Onunla görüşümüzdə məni inandırmışdı ki, biz cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik".

Ə.İbrahimov "Milli Şura"ya üzv seçilməməsindən də danışıb: ""Milli Şura" yaradılarkən məni şuraya üzv seçmədilər. Buna da Eldar Namazov icazə vermədi. "Milli Şura"nın üzvlüyünə seçilmək üçün 41 imza gərəkirdisə, mən 42 imza toplamışam. Həmin siyahıda Eldar Namazov və Eldəniz Quliyevun də imzaları var".

Ə.İbrahimov hazırda rəhbərlik etdiyi "EL" hərəkatının əsl təşkilat olduğunu və pozuculuq yolu tutduqlarına görə, Eldəniz Quliyevi, Eldar Namazovu, Köçəri Nağıbəylini və digər mənfi fikirli insanları "EL"-dən çıxarıldığını qeyd edib: "Onları təşkilatın sıralarından çıxarmışam. Əgər onlar əməllərinə yenidən baxsalar və düzgün qərar versələr, onların işinə baxıb yenidən qərar verə bilərik".

Konfransda bir çox məsələlərə toxunulub. O cümlədən Əflan İbrahimov "EL" hərəkatı və "Milli Şura"nın iğtişaşlar yartmaq istəkləri ilə bağlı səsləndirdiyi fikirlərini əsaslandıran arqumentlərinin olduğunu da bildirib: "Mən ağılsız insan deyiləm. Hara və hansı şəkildə ifadə verdiyimi yaxşı bilirəm. Əlimdə faktlar və sübutlar var. "Milli Şura" SOROS Fondundan pul alır. Əlavə olaraq haradan maliyyələşdikləri haqda sübutlarım var. Bunları hamısını müvafiq orqanlara təqdim etmişəm".

Daha sonra Əflan İbrahimov və təşkilatın digər üzvləri AXCP sədri Əli Kərimlinin ünvanın sərt ifadələr işlədərək onu ölkədə xaos və iğtişaş yaratmaqda ittiham edib. Həmçinin Ə.İbrahimov prezident seçkilərindən sonra Əli Kərimlinin ölkədən deportasiya olunması üçün müvafiq orqanlara müraciət edəcəyini də bildirib.

Sonda Ə.İbrahimbəyov rəhbərlik etdiyi "El" hərakatının qarşısında dayanan vəzifələrdən və həyata kecirməyi nəzərdə tutduğu işlərdən danışıb. Bildirib ki, onların qarşısında dayanan əsas prinsipial məsələ 9 oktyabr pezident seçkilərində Cənab İlham Əliyevin 85 rayon, 125 seçki dairəsinidə aktiv sürətdə namizədliyinin müdafiə edilməsi üçün təbliğat-təşviqat kampaniyasında fəal iştirak etməkdir: "Birmənalı şəkildə demək olar ki, seçkilərin qalibi cənab İlham Əliyevdir. Digərləri sadəcə diqqət mərkəzinə cevrilmək üçün namizədliklərini irəli sürüblər. Dubliyor Cəmil Həsənli ictimai dəstəyə malik deyil. Onu hec doğulduğu kənddə belə tanıyan yoxdur. Onu aldadıb tora saldılar".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə