Prezident Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb. Ümumi sahəsi 5,6 hektar olan parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB