Daha 2 nəfər prezidentliyə namizədliyinin təsdiq olunması üçün MSK-ya müraciət edib

Daha 2 nəfər prezidentliyə namizədliyinin təsdiq olunması üçün MSK-ya müraciət edib

Daha 2 nəfər prezidentliyə namizədliyinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. SİA-nın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, 1972-ci il təvəllüdlü Rauf Zakir oğlu Quliyev və İbrahim Əşrəf oğlu Rüstəmbəyli namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün ötən gün MSK-ya müraciət ediblər.

Bundan başqa MSK sədri bildirib ki, Əli İsa Ağayevli sənədlərini geri götürmək barədə ərizə yazaraq, namizədliyinin təsdiq olunmasından imtina edib.

MSK sədri ölkə üzrə müşahidə aparmaq üçün 341 müraciətin daxil olduğunu da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə