Rasim Musabəyov: “Sədrliyin Azərbaycana keçməsi böyük məsuliyyətdir”

“Türk Birliyini irəli aparmaq üçün Azərbaycan və Türkiyənin səyləri olmalıdır”
Rasim Musabəyov: “Sədrliyin Azərbaycana keçməsi böyük məsuliyyətdir”

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrliyinin Azərbaycana keçməsi ölkəmiz üçün böyük məsuliyyətdir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, artıq Türk Birliyi formalaşma mərhələsindədir: "Türk Birliyini irəli aparmaq üçün Azərbaycan və Türkiyənin səyləri olmalıdır. Hesab edirəm ki, Azərbaycan üzərinə düşən səyləri layiqincə yerinə yetirəcək".

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirlərinin Misirlə bağlı birgə bəyanatını da şərh edən politoloq bildirib ki, türk dünyasının aparıcı dövlətlərinin Misirdə baş verən hadisələri pisləməsi gözlənilən idi: "Misirdə insanlar kütləvi şəkildə həlak olur. Artıq ölənlərin sayı 650-ni keçib. Hadisələrin bu cür cərəyan etməsinə münasibət hökmən bildirilməli idi".

Bütün xəbərlər Facebook səhifəmizdə