“Erməni soyqırımı": yalan və həqiqət

“Erməni soyqırımı": yalan və həqiqət

"Bu günlərdə Azərbaycan Milli Məclisinin üzvü Adil Əliyevdən bir bağlama aldım. Bağlamada 2 kitab var idi, "Erməni soyqırımı": yalan və həqiqət. ("Армянский геноцид": миф и реальность). Bağlamanın içində kitabın layihə ideyasının müəllifi Adil Əliyevin imzaladığı məktub da var idi. Müəllif məktubunda kitabla fondun üzvlərini, həm də Qırğızstanda yaşayan azərbaycanlıları tanış etməyi tövsiyə edirdi".

SİA-nın xəbərinə görə, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov mətbuata açıqlamasında belə deyib.

O bildirib ki, kitabı nəzərdən keçirərkən topluda erməni xülyalarını puç edən zəngin tarixi fakların olduğu anlaşılıb: "Həmin tarixi faktların Qırğız xalqına çatdırılmasının böyük səmərəsi olacağını nəzərə alaraq kitabın qırğız dilinə tərcümə olunub nəşr edilməsini qərara aldıq".

N.Məmmədovun sözlərinə görə, hazırda kitab tanınmış şair və tərcüməçi Mukan Asanaliyev tərəfindən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun maliyyəsi və sifarişi ilə qırğız dilinə tərcümə edilir: "Erməni soyqırımı": yalan və həqiqət kitabı qırğız dilində bu il sentyabr ayının birinci ongünlüyündə nəşri nəzərdə tutulub. Kitab Qırğızıstanın bütün kitabxanalarına və oxucu kütləsi arasında pulsuz yayılacaq".

Qeyd edək ki, kitabın elmi redaktoru və məsləhətçisi Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, rəyçiləri Hüquq elmləri doktoru, professor Kamil Səlimov, Hüquq elmləri doktoru Milhəd Qafarov, millət vəkilləri Sahibə Qafarova, Musa Quliyev, Çingiz Qənizadə və Fuad Muradovdur. Qırğız dilindəki kitabın təqdimatı bu ilin oktyabr ayına planlaşdırılır. Təqdimatda müəlliflər heyətinin və AR Prezident Administrasiyasının əməkdaşlarının iştirakı gözlənilir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diaspor təşkilatlarına Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdıraq tövsiyəsi çərçivəsində tərcümə və nəşr edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə