Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb. SİA xəbər verir ki, MSK -nın sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmən təsdiq olunub.
Məlumat üçün bildirək ki, 6 prezidentliyə namizəd - Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından Partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə seçki sənədlərini MSK-ya təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB