Hikmət Babaoğlu: “Milli Şura öz "lider"indən "Don Kixot" formalaşdırmağa çalışır” AÇIQLAMA
"Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməməsilə bağlı məsələ süni şəkildə şişirdilərək ölkənin siyasi gündəmində saxlanılmağa çalışılır. Bu məsələ ilə bağlı Eldar Namazovun verdiyi açıqlama isə qeyri-ciddi və məntiqsizdir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Baş redaktorun sözlərinə görə, Rüstəm İbrahimbəyovun kim olduğunu və fəaliyyəti dövründə vergi ilə bağlı hansı qanun pozuntularına yol verdiyi Azərbaycan ictimaiyyətinə məlumdur: "Hamı bilir ki, Azərbaycan hüquqi dövlətdir. Bu hüquqi dövlətin qarşısında bütün vətəndaşlar bərabarhüquqlu və eynidir. Ona görə də bu və digər şəkildə qanun pozuntusuna yol verən şəxs bir vətəndaş kimi məsuliyyətdən kənarda qala bilməz. Əgər R.İbrahimbəyov Azərbaycana gələrsə, qanunun tələb etdiyi bütün prosedurlar yerinə yetiriləcək. R.İbrahimbəyov vergi ilə bağlı hansı qanun pozuntularına yol verdiyi barədə xəbərdardır. Ola bilsin ki, o, Azərbaycana məhz buna görə gəlmək istəmir. Qalan izahatlar isə qeyri-ciddidir. Hesab edirəm ki, Azərbaycanda olan bütün münasibətlərin (vətəndaş-dövlət, siyasi partiya-dövlət və yaxud siyasi partiya-cəmiyyət münasibətlərini) hamısını hüquqi platformada, hüquqi müstəvidə qiymətləndirmək lazımdır. Azərbaycanda demokratik cəmiyyət var. Hüquq canlı orqanizm kimi Azərbaycanın siyasi sistemində öz funksionallığını yerinə yetirir".
Məsələnin siyasiləşdirilməsinə gəlincə, Hikmət Babaoğlu deyib ki, qeyri-ənənəvi müxalifət adlandırdığımız, millətə heç bir aidiyyatı olmayan "Milli Şura" adlı bu qurum öz "liderindən" yeni siyasi "Don Kixot" formalaşdırmağa çalışır: "Bu "Don Kixot"çuluq qeyri-ənənəvi müxalifəti müxtəlif macəralara doğru sürükləyir. Bu macəraların sonu onların özü üçün yaxşı heç nə vəd etmir. Səfərin təxirə salınmasının bir səbəbi isə ondan ibarətdir ki, etibarlı mənbələrdən alınan məlumatlara görə, Tiflisdə təşkil olunacaq görüşdə ermənilər də iştirak edəcək. Çünki, bizə məlumdur ki, R.İbrahimbəyovun bu günə qədərki "siyasi fəaliyyəti" anti-azərbaycançı mərkəzlər və xüsusilə erməni lobbisi tərəfindən stimullaşdırılır. Bu günə qədər Azərbaycanla və xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağda yaşayan ermənilərlə bağlı R.İbrahimbəyovun mövqeyini Azərbaycanda hər kəs bilir. Lakin, ermənilərə münasibət, DQ-nın ermənilərə verilməsilə bağlı səslədirilən bu və ya digər fikirlər R.İbrahimbəyovun dilindən səsləndirilsə də, erməniləri şifahi söylənən bu siyasi nitqlər qane etmir. Onlar məsələni yazılı şəkildə, öhdəçilik kimi bu insanın üzərinə qoyulmasını istəyirlər. R.İbarhimbəyov da, əldə etdiyimiz məlumatlara görə, buna razılıq verib. Tiflis şəhərindəki keçiriləcək görüşdə ermənilərlə İbrahimbəyov, eləcə də Milli Şurasının digər üzvləri arasında xüsusi saziş (itirilmiş torpaqlarla bağlı iddiaların bir daha irəli irəli sürülməməsi və DQ-nın ermənilərə verilməsi ilə bağlı) imzalanacaq. Beləcə, R.İbrahimbəyov öz üzərinə götürdüyü öhdəçiliyi rəsmiləşdirəcək".
Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə Müsavat Partiyası, xüsusilə bu partiyanın icra aparatının rəhbəri Arif Hacılı arasında intiriqalara da toxunan baş redaktor qeyd edib ki, ənənəvi müxalifət kimi səciyələndirə biləcəyimiz bu partiyalar arasında həmişə ciddi şəkildə qarşıdurma və qarşılıqlı patoloji nifrət olub: "İndiki mərhələdə isə Azərbaycan müxalifəti ciddi siyasi və psixoloji gərginlik keçirir. Çünki, onların təxminən 21 illik fəaliyyəti dövründə heç bir uğur, nailiyyət əldə edilməyib. Bunun səbəbi isə onların siyasi fəhmsizliyi, liderlik keyfiyyətlərinin olmaması və cəmiyyətdə baş verən prosesləri düzgün qiymətlədirə bilməmələridir. Belə olan halda bu gün Azərbaycan müxalifəti 2013-cü il kimi məsuliyyətli ildə, yəni seçki ilində həm siyasi, həm psixoloji, həm də mənəvi baxımdan darmadağın olmuş vəziyyətdədir. Belə vəziyyətdə isə ən asan yol bu vəziyyətin səbəbkarı kimi müxtəlif hədəfləri göstərməkdən ibarətdir. Ona görə də burada Arif Hacılı günahkar kimi Rəsul Quliyevi, Rəsul Quliyev isə Arif Hacılını göstərir. Eləcə də AXCP Müsavatı, Müsavat isə digər başqalarını hədəfə alır və s. Bu onun göstəricisidir ki, belə bir məsuliyyətli ildə öz nöqsanlarını görüb, təhlil edib, qiymətləndirib bir nəticə çıxarmaq əvəzinə, onlar bir-birlərini hələ də ittiham edirlər. Belə siyasətə "məhəlli" siyasət deyirlər. Özünü siyasi partiyaları kimi təqdim etmək istəyən insanlara, qruplara isə marginal qruplar deyirlər. Yəni, politoloji leksikonda bunların adları bundan ibarətdir. Məsələ burasındadır ki, bu qruplar məhəlli siyasət səviyyəsində bu gün öz siyasətlərini apara bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB