Almaniya Xristian Demokrat İttifaqının deputatı, Parlamentin Müdafiə Komitəsinin üzvü Otto Henninq Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verib. O.Henninq sualı belə cavablandırıb: "Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı 20 ildir davam edir və biz hələ də problemin sülh yolu ilə həllini görmürük. BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair qəbul etdiyi qətnamələr birmənalıdır. Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn pozulması deməkdir. Almaniya bu məsələdə BMT Təhlükəsizlik Şurasını dəstəkləyir.
Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır. Ondan sonra məcburi köçkünlər öz torpaqlarına qayıda bilər".
Xristian Demokrat İttifaqının deputatı Azərbaycanın Rusiya, İran, Türkiyə və Xəzər dənizi arasında mühüm bir regionda yerləşdiyini vurğulayaraq bildirib ki, Almaniya iyirmi ildən çoxdur Azərbaycanla dostluq edir. Odur ki, biz ikitərəfli münasibətlərin daim güclənməsində çox maraqlıyıq: "Deputatın fikrincə, əsl sülhə nail olmazdan əvvəl Azərbaycanla Ermənistan arasındakı vəziyyət normallaşdırılmalıdır. Hazırkı vəziyyətdə Ermənistanın güzəştə getməsi şərtdir. Ötən il Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri" qeyri-qanuni idi. Bu cür addımların atılmasında məqsəd qanuni nəticələrə gətirib çıxaracaq əsl danışıqlara nail olmaq deyil, sadəcə status-kvonun saxlanmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB