Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunun dördüncü günündə gənclər "Regionlarda turizmin inkişafı" (Komandaların Azərbaycan regionlarının tanıtımı) adlı interaktiv oyunun iştirakçısı olublar. SİA-nın xəbərinə görə, oyun Nizami Rayon YAP GB-nin sədri Əli Pənahov, Xəzər rayon YAP GB-nin sədri Taleh Məmmədov, YAP GB-nin Layihələr üzrə kordinatoru Leyla Kərimova, Rəhim Davudov tərəfindən təşkil edilib.
Oyundan öncə Nizami Rayon YAP GB-nin sədri Əli Pənahov gənclərə Azərbaycanın turizm imkanlarından, bu sahədə mövcud vəziyyət barədə gənclərə məlumat verib.
Sonra gənclərin bir qismi əcnəbi qonaq rolunda (ABŞ, Almaniya, Fransa, Norveç), digər qismi isə dörd komandaya bölünərək Azərbaycan regionlarının (Naxçıvan, Quba, Lənkəran, Oğuz) tanıtımını həyata keçiriblər. Eyni zamanda gənclərdən müşahidəçi, region departamentlərinin sədrləri və KİV nümayəndələri təyin olunub.
Sonra komandalara hazırlaşmaları üçün bir saat vaxt verilib. Bundan sonra komandalar təqdimatlarını həyata keçiriblkər.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Mərkəzi Aparatının Emin Abbasov, Yasamal Rayon YAP GB-nin sədri Bəxtiyar Nəbiyevin təmsil olunduğu münsiflər heyətinin qərarına əsasən "Oğuz" komandasını təmsil edən gənclər birinci yerə layiq görülüblər.
Sonda gənclər Azərbaycanın turizm imkanları ilə bağlı müzakirə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB