Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasının Azərbaycandakı səfiri Arturas Jurauskası qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E. Məmmədyarov qonağı salamlayaraq Litvanın Avropa İttifaqında sədrliyə başlaması münasibətilə təbrikini çatdırıb.
Görüşdə Azərbaycan və Litva arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
Səfir Litvanın Aİ-də sədrliyi zamanı prioritet istiqamətlərin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, gənclərlə iş, informasiya-texnologiyaları və enerji sahələrinin olacağını söyləyib.
E. Məmmədyarov Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın strateji səviyyədə olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB