" “Milli Şura” Azərbaycan seçicisinə real heç nə təqdim edə bilmədi"
" "Milli Şura"nın sabah keçirilməsi nəzərdə tutulan toplantısı qurumun üzvləri arasında mövcud olan gərginliyi daha da artıracaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, ölkədə keçiriləcək prezident seçkilərinə 5 il hazırlaşan müxalif siyasi partiyalar bu gün kənardan gələn bir layihənin qurucusu olmağa razılıq veriblər: " "Milli Şura" əslində siyasi bir teatrı xatırladır və o sadəcə bir tamaşa kimi maraq doğurur. Onun ciddi, siyasi proseslərə təsiri sıfıra bərabərdir. Bir dam altına yığışan radikallar əslində xərçəng, balıq və quş kimi hərəsi öz siyasətini yeritməyə çalışır. Təşkilat hələ formalaşmamışdan əvvəl, onun üzvləri arasında böyük ziddiyyətlər var idi. Qurumun xaricdən idarə olunduğu açıq-aydın görünür. Ümumilikdə, "Milli Şura" Azərbaycan seçicisinə ciddi və real heç nə təqdim edə bilmədi. Hesab edirəm ki, biz prezident seçkilərinə qədər bu qurumdan hələ çox sensasiyalar eşidəcəyik. Lakin bu, onların uğur sensasiyası deyil, uğursuzluq, böhran və qarşılıqlı ittiham sensasiyaları olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB