Prezident seçkilərini müşahidə edəcək AŞPA missiyasının tərkibi bəllidir

Prezident seçkilərini müşahidə edəcək AŞPA missiyasının tərkibi bəllidir

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyasına britaniyalı deputat Robert Valter rəhbərlik edəcək.

AŞPA-nın katibliyindən bildiriblər ki, müşahidə missiyasının rəhbəri və 32 nəfərdən ibarət qrup AŞPA Bürosunun iyunun 28-də keçirilmiş iclasında təsdiqləniblər.

R.Valter Böyük Britaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və qurumdakı Avropa Demokrat Qrupunun rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə