Ərdoğan və Obama Gəzi parkını müzakirə etdilər

Ərdoğan və Obama Gəzi parkını müzakirə etdilər

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, tərəflər Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsi məsələsini müzakirə ediblər.

Siyasi qərar qəbul etmək üçün Türkiyə və ABŞ birlikdə fəaliyyət göstərməli, Suriya koalisiyasını və Ali Hərbi Şuranı dəstəkləməyə davam etməlidirlər. Tərəflər həmçinin Gezi parkı ilə bağlı hadisələri müzakirə ediblər.

İki lider, söhbət zamanı mətbuat və ifadə azadlığının, həmçinin nümayiş azadlığının da hər iki ölkənin ortaq dəyərləri arasında olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə