"Azərbaycanda davamlı iqtisadi inkişaf üçün hər cür şərait və strategiya mövcuddur"

"Azərbaycanda davamlı iqtisadi inkişaf üçün hər cür şərait və strategiya mövcuddur"

"Azərbaycanda davamlı iqtisadi inkişaf üçün hər cür şərait və strategiya mövcuddur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk bildirib.

Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycan öz dinamik inkişafı ilə gələcəyi qabaqlayıb: "Məhz bunun nəticəsində Azərbaycanda yoxsulluğun azaldılmasını vaxtından əvvəl təmin edilib. Azərbaycan 2020-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 ölkəyə qoşulub. Son 3 ayda Azərbaycan xalqının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyən etmək üçün 2400-dən artıq insanla 237 görüş keçirilib. Onların 2020-ci ildən sonrakı inkişafı necə görmələri barədə fikirləri və təklifləri dinlənilib. Minilliyin İnkişafı məqsədləri bizim beynəlxalq əlaqələrimizin inkişafına böyük təsir göstərir".

Qeyd edək ki, bu gün Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı konfrans keçirilir. Konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, İqtisadi inkişaf naziri Şahin Mustafayev, QHT-rəhbərləri, media nümayəndələri iştirak edir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə