“Donos yazanlar sırasında 52 QHT-nin adı yoxdur”

“Donos yazanlar sırasında 52 QHT-nin adı yoxdur”

Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında çıxış edən millət vəkili Azay Quliyev Avropa Parlamentinin REAL hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qətnaməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, Azay Qliyev qətnaməyə səbəb kimi Azərbaycandan 52 QHT-nin Avropa Parlamentinə məlumat göndərdiyi barədə deyilənləri yalan adlandırıb.

Onun sözlərinə görə, orada 52 QHT yoxdur, bunlar sadəcə Leyla Yunus və rəfiqələrinin yazdığı məlumatlardır: "Onların işi-gücü Azərbaycan haqqında bütün mənfi fikirləri oraya göndərməkdən ibarətdir. Azərbaycan dünyanın ideal ölkəsi olsa belə, Leyla Yunus nəsə tapıb göndərəcək. Ona görə də, QHT-lərin adından istifadə olunmasın".

Azay Quliyev məsələ ilə bağlı Avropa Parlamentinə ayrıca müraciət olunmasını təklif edib: "Birdəfəlik söyləyək ki, əməkdaşlıq edirikmi? Azərbaycana olan bu münasibət Avropaya inteqrasiya məsələsində digər ölkələrin də fəaliyyətinə kölgə salacaq".

A.Quliyev 32 nəfərin səsverməsi ilə qəbul edilən sənədin Avropa Parlamenti qətnaməsi kimi qiymətləndirilməsini "hüquqi nihilizm" adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə