“Regionların sosial-iqtisadi inkişafı Azərbaycan Modeli” SEMİNAR

“Regionların sosial-iqtisadi inkişafı Azərbaycan Modeli” SEMİNAR

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində "Regionların sosial-iqtisadi inkişafı Azərbaycan Modeli" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda YAP GB sədri Seymur Orucov, Bakı Dövlət Universitetinin dosenti Kamran Eyyubov və gənclər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Azərbaycan Qafqazın ən inkişaf etmiş, stabil ölkəsidir: "Azərbaycanda neftdən gələn gəlirlər düzgün istiqamətə yönləndirilir, nəticədə qeyri-neft sektorunun inkişafı gücləndirilir. Ölkəmizdə aparılan düşünülmüş iqtisadi siyasət artıq öz nəticələrini verir. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra, onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil edib. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülüb. Bununla yanaşı, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Azərbaycanda "Regionların sosial-iqtisadi inkişafına dair" dövlət proqramları qəbul olunub. Bu da regionların inkişafına böyük dəstək verir".

Daha sonra seminara başlayan BDU-nun dosenti Kamran Eyyubov gəncləri salamlayaraq, onlara "Regionların sosial-iqtisadi inkişafına dair" dövlət proqramlarının icrası və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Seminar qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə