Komitənin 30-cu iclası keçirilir

Komitənin 30-cu iclası keçirilir

Bu gün Azərbaycan Respublikasının Milli Məclisində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclası keçirilir. SİA-nın verdiyi xəbərə görə, iclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycanın İƏTPİ-də nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, təşkilata üzv dövlətlərdən 30-dan çox nümayəndə, islam ölkələrinin Azərbaycandakı səfirləri və digər şəxslər iştirak edir. İclas müqəddəs kitabımız olan "Qurani-Kərim"dən ayələrin oxunuşu ilə başlayıb. İclas iştirakçılarına işlərində uğurlar arzulanıb.

İki gün davam edəcək iclasın gündəliyinə 11 məsələ daxil edilib. Müzakirələr zamanı islam ölkələri arasında siyasi, iqtisadi, insan hüquqları və digərməsələlər müzakirə ediləcək. Həmçinin iclasda İƏT Pİ-nin baş katibinin hesabatı dinləniləcək. İclasın sonunda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclasının bəyannaməsinin imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə