Yeni Azərbaycan Partiyasının V qurultayı bütövlükdə xalqın iradəsinin ifadəsi idi. Bu qurultay təkcə Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya mesaj verdi ki, YAP Azərbaycan xalqının aparıcı, monolit, ən nüfuzlu partiyasıdır. Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, prezident İlham Əliyev proqram xarakterli nitqi və yekun sözü ilə YAP nümayəndələrinə dəyərli tövsiyyələr verib: "Partiyamızın V qurultayında ölkə başçısı İlham Əliyev bizə gələcəkdə gedəcəyimiz yolun konturlarını göstərib. Bu yol, Ulu Öndər Heydər Əliyevin yoludur".
Millət vəkili bildirib ki, prezident İlham Əliyevin müxalifətin radikal qanadı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan xalqının ümumi iradəsini ifadə edir: "Müxalifətin radikal qanadında təmsil olunan qüvvələr antimilli və xəyanətkardır. Onlar xarici səfirliklərin, müxtəlif beynəxalq təşkilatların köməyi ilə Azərbaycanda iqtidara gəlmək istəyən ağılsız insanlardır. Onların xəyanətkar mövqeyi Azərbaycan xalqının, dövlətinin marağını hər dəqiqə satmağa hazır olmaqlarındadır. Qurultayda da qeyd olunduğu kimi, radikal müxalifət indiyə qədər bu mövqeyi ilə heç nəyə nail olmayıb və bundan sonra da heç nəyə nail olmayacaqlar. Çünki Azərbaycan xalqı onları tarixin arxivinə göndərəcək. Qarşıdan gələn seçkidə də Azərbaycan xalqı birmənalı olaraq xalqın lideri İlham Əliyevə səs verəcək. Bununla da xəyanətkar qüvvələrin səsləri də, sözləri də tamamilə kəsiləcək. Amma təəssüflə qeyd etmək istəyirəm ki, bu insanlar 20 ilə qədər müxalifətdə qaldıqlarına baxmayaraq, özlərinin nə qədər böyük qəbahət etdiklərinin fərqində deyillər. Bununla da, müxalifətdə sağlam qüvvələrin yetişməsinə ciddi maneə olurlar. Onların bundan sonra Azərbaycan xalqına ən yaxşı xidməti tarix səhnəsindən könüllü çəkilib getmələri, öz yerlərini daha sağlam qüvvələrə vermələri olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB