Xarici işlər naziri Bakıda azıb

Strateji Aaraşdırmalar Mərkəzində (SAM) Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. SİA-nın xəbərinə görə, buna səbəb nazirin yolu azması olub. Bununla bağlı jurnalistlərdən üzr istəyən Strateji Aaraşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib ki, nazir mərkəzə gələrkən yolu azıb, bu səbəbdən görüş təxirə salınır.

Qeyd edək ki, nazir görüşdə "Bosniya və Herseqovina - Azərbaycan: ikitərəfli münasibətlər" mövzusunda məruzə ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə