Fazil Mustafa: “Bu insanların nə qərarlar qəbul etdiyi məni maraqlandırmır” AÇIQLAMA
"Ümumiyyətlə, bu insanların nə qərarlar qəbul etdiyi məni maraqlandırmır". Bunu SİA-ya millət vəkili Fazil Mustafa müxalifətin Milli Şura yaratmaq iddiası ilə hakimiyyətə qarşı təzyiqlərinə münasibət bildirərkən söyləyib.
Parlament üzvünün sözlərinə görə, müxalifətin Milli Şura yaratmaq barədə söylədikləri bütün fikirlər, verdikləri bəyanatlar çox əhəmiyyətsizdir: "Hətta onların üzvlərinin tərkibi belə mənə maraqlı deyil. Çünki müxalifəti və onların yaratmaq istədikləri Milli Şuranı ciddi qurum kimi qəbul etmirəm. Azərbaycanda xeyli sayda belə qurumlar yaranıb və sonradan da iflasa uğrayıb".
Almaniyada etirazçılara qarşı polisin qeyri-etik, kobud rəftarına da münasibət bildirən millət vəkili qeyd edib ki, Almaniyanın ölkəmizə qarşı irad tutmasının heç bir əsası yoxdur: "Almaniyada polisin insanlara qarşı rəftarı daha kobud və ağlasığmaz dərəcədədir. Polis zorakılığı dünyanın hər yerində mövcuddur, amma Almaniyada mütəmadi hal alan bu tendensiya daha qabarıq şəkildə özünü göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB