Aydın Hüseynov: “Bu insanların Milli Şura yaratmaq arzusu reallığa çevrilməyəcək” AÇIQLAMA

Aydın Hüseynov: “Bu insanların Milli Şura yaratmaq arzusu reallığa çevrilməyəcək” AÇIQLAMA

"Ümumiyyətlə, Milli Şura yaratmaq ideyasında olanlar, daim öz günahlarını kiminsə üzərinə atmaqla məşğul olacaqlar". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov müxalifətin Milli Şura yaratmaq iddiası ilə hakimiyyətə qarşı təzyiqlərinə münasibət bildirərkən deyib.

A.Hüseynovun sözlərinə görə, Milli Şura yaratmaq istəyən insanların hər biri bir mərkəzə bağlıdırlar: "Rüstəm İbrahimbəyov və Eldar Namazov konkret olaraq, Şimalda qonşu dövlətimiz tərəfindən idarə olunur. Məlumdur ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də Avropaya getmişdi və bu insan oradan qayıdanda portfelində çoxlu təlimatlar gətirdi. Bu gün Avropa ilə Şimal arasında qalan, çaxnaşmaya məruz qalan bu insanlar təbii ki, heç cür bir araya gələ bilməyəcəklər. Hətta məşhur rus təmsilçisi Krılovun belə bir deyimi də var ki, "arabanı biri quruya, biri havaya, biri isə suya çəkir". Təbii ki, belə olan halda, bu araba yerindən tərpənə bilməz. Bu insanlar öz arabalarının hayında olduğu bir vaxtda artıq Azərbaycanda insanlar kosmos əsrində yaşayır. Beləcə, bu insanların Milli Şura yaratmaq arzusu reallığa çevrilməyəcək. Çünki həmin insanların milli dəyərlərə və yaxud, öz millətinə söykənəcək heç nəyi qalmayıb. Onları idarə edən mərkəzlər hansı sifarişi verəcəksə, o sifarişi də bunlar canla-başla yerinə yetirəcəklər. Bunların qazandığları sadəcə ordan-burdan aldıqları paylardır. Bununla belə, həmin insanları idarə edən dairələr, mərkəzlərin arasında belə böyük konfiliktlər yaşanır".

Bütün xəbərlər Facebook səhifəmizdə