Çingiz Qənizadə: “Eynulla Fətullayevin saxlanılması kobud hüquq pozuntusudur”

Çingiz Qənizadə: “Eynulla Fətullayevin saxlanılması kobud hüquq pozuntusudur”

"Almaniyada baş verən hadisələr bir daha göstərdi ki, başqa dövlətlərdə insan haqlarının və demokratiyanın pozulduğunu bəyan edən bir dövlətin özündə belə hökumət sosial problemlərlə bağlı etiraz keçirən vətəndaşlara qarşı zorakılıq tətbiq edir". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayevin saxlanılmasına dair məsələyə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Almaniya hökuməti demokratiya və insan hüquqlarından dəm vursa da, xarici ölkələrdən gələn qonaqlara, o cümlədən Eynulla Fətullayevə qarşı zorakılığa yol verib: "Eynulla Fətullayev aksiyalarda jurnalist kimi, yoxsa özünün dediyi kimi hüquq müdafiəçisi qismində iştirak edib? Bu barədə heç nə deyə bilmərəm. Buna baxmayaraq, hər hansı bir xarici ölkə vətəndaşı həmin ölkəyə dəvətlidirsə və aksiyaların dinc şəkildə keçirildiyi halda saxlanılırsa, bu, yolverilməzdir. Hesab edirəm ki, Eynulla Fətullayevin saxlanılması kobud hüquq pozuntusudur".

Qeyd edək ki, jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayev və Almaniyada yaşayan Rüstəm Azəri adlı azərbaycanlı Frankfurt şəhərində siyasi məhbuslara azadlıq şüarı ilə keçirilən mitinq zamanı saxlanılıb. Onların saxlanma səbəblərinə hələlik aydınlıq gətirilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə