Yeni Azərbaycan Partiyasının qurultayına hazırlıq başa çatıb

Yeni Azərbaycan Partiyasının qurultayına hazırlıq başa çatıb

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti bildirir ki, partiyanın V Qurultayına hazırlıq başa çatıb. YAP-ın növbəti - V Qurultayının iyunun 7-də keçirilməsi nəzərdə tutulur.

Qurultaya hazırlıq məqsədi ilə partiyanın 83 rayon və şəhər təşkilatında konfranslar keçirilib və Qurultaya 750-dən çox nümayəndə seçilib. Qurultay nümayəndələrinin 180 nəfərindən çoxunu gənclər, təxminən 180 nəfərini isə qadınlar təşkil edir.

Qurultayda 2013-cü ilin Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi təsdiq olunacaq. Qeyd olunmalıdır ki, keçirilmiş bütün konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2013-cü il Prezident seçkilərində namizədliyinin irəli sürülməsi tövsiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə