Əsgər intihar edib

Ötən gün 21:30 radələrində Şəmkir rayon hərbi birləşməsində ölüm hadisəsi baş verib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, müddətdən artıq xidmət edən (MAXE) əsgər Mehdiyev Samir Vaqif oğlu intihar edib.

Qeyd edək ki, intiharın səbəbləri araşdırılır və fakt üzrə Hərbi Prokurorluqda cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə