"ABŞ ehtiyat edir ki, Tripolidə və Livanın digər şəhərlərində icmalar arasında baş verən toqquşmalar, həmçinin qonşu Suriyadakı döyüşlər Livanın stabilliyini poza bilər". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Patrik Ventrell yaydığı bəyanatında deyib.
Onun sözlərinə görə, Livandakı vəziyyət ABŞ-ı çox narahat edir: "Ən azı 23 nəfərin həlak olduğu şimal şəhəri Tripolidəki son toqquşmalar xatırladır ki, Suriya münaqişəsi Livanın sabitliyi və təhlükəsizliyi üçün getdikcə daha dərin təhlükəyə çevrilir. ABŞ Tripolidə toqquşmaların dayandırılması və ölkədə sülhün bərpası üzrə Livan ordusunun və daxili təhlükəsizlik qüvvələrinin səyləri ilə yanaşı, Livan hökumətinin Suriyadakı daxili münaqişəyə qarışmaması haqqında bəyanatlarını da dəstəkləyir".
O, həmçinin Bəşər Əsəd hökumətinin tərəfində Suriyada döyüşlərdə birbaşa iştirak edən "Hizbullah" şiə hərəkatının hərəkətlərini qınayıb: "Suriyadakı hərbi əməliyyatlarda gərginləşmə rolunu təşkil etməklə, "Hizbullah" liderlərinin qərarı Livanın qarışmama siyasətini pozur və zəiflədir. Bununla da Livan öz xalqının maraqlarına zidd olaraq xarici münaqişəyə cəlb oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB