Bayram Səfərovdan Dağlıq Qarabağ ermənilərinə MESAJ!

Bayram Səfərovdan Dağlıq Qarabağ ermənilərinə MESAJ!

"Dağlıq Qarabağın 1992 – ci ilə qədər sakini olmuş ermənilər Azərbaycan xalqı ilə bərabər yaşaya bilərlər". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B.Səfərovun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsi işğal olunana qədər orada sakin olmuş ermənilər Azərbaycan vətəndaşlarıdır və onların xalqımızla bərabər yaşamaq hüquqları var: "Torpaqlarımız işğal olunana qədər Dağlıq Qarabağda yaşamış ermənilər Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alaraq, ölkəmizin vətəndaşı kimi yaşaya bilərlər. Eyni zamanda bayrağımızın altından keçməklə respublikamızda vətəndaşlarımız üçün yaradılmış imtiyazlardan, güzəştlərdən istifadə edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə