Politoloq: "Bu gün Avropa Parlamentinin timsalında ikili standartlar hökm sürməkdədir" MÜNASİBƏT
"Əslində belə bir addımın atılması qeyri qanunidir və bu hərəkət Azərbaycan qanunları ilə yanaşı, beynəlxalq hüquq və normaların da kobudcasına pozulması anlamını özündə ehtiva edir. Belə ki, əgər Azərbaycanın ərazi bütövlüyü istər BMT, istərsə də Avropa Birliyinin özü tərəfindən rəsmi şəkildə tanınırsa, o zaman beynəlxalq normalar və qanunlar çərçivəsində də Azərbaycanın ərazi bötüvlüyünə və qanunlarına hörmətlə yanaşılmalı idi". SİA-ya açıqlamasında politoloq Ərəstun Baxışəliyev Avropa Parlamentinin bir qrup deputatının Dağlıq Qarabağa səfər etməsi məsələsinə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Avropa parlamentariləri tərəfindən bu səfərin rəsmi xarakter daşımadığı önə sürülür: "O zaman sual ortaya çıxır. Tanınmamış, qondarma bir "respublikaya" gerçəkləşdirilən bu səfər mahiyyət etibarı ilə beynəlxalq qanunların pozulması anlamı demək deyilmi? Əgər bu belədirsə o zaman bu qurumu təmsil edən deputatların belə bir hərəkətə yol verməsi nə dərəcədə doğru addımdır? Bu tip hərəkətlər həmin qrumun imicinə zərbə vurmurmu? Çox təssüf ki, bu gün ikili standartlar hökm sürməkdədir və işğalçıya olan münasibət ilə, işğala məruz qalan tərəfə olan münasibət tam fərqli amplualarda özünü biruzə verir".
Ərəstun Baxışəliyev bildirb ki, bu gün Avropa Parlamenti regionda hər hansı bir müharibənin başlanmamasını istəyir: "Ancaq, belə bir addımın atılması sülhə deyil, tam əksi olaraq müharibəyə xidmət edir. Bu eyni zamanda məsələnin danışıqlar yolu ilə həlli prosesinə olan inamsızlığa da gətirib çıxarır ki, bu da son nəticə kimi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Müharibənin başlanmsı sosial-iqtisadi, siyasi və digər sahələrdə tənəzzül yaşan Ermənistan üçün daha böyük zərbə olacaq. Bunu onlar dərk etməli və başa düşməlidirlər. Atılmaqda olan hər belə bir addım müharibə variantını bir qədər də aktuallşdırır. Bunu isə yəqin ki, nə Avropa Parlamenti, nə Avropa Şurası, nə Avropa Birliyi, nə də ki elə işğalçı Ermənistanı özü istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB