Musa Quliyev: “İqtidarın işi gücü qurtarmayıb ki, İsa Qəmbərin fəaliyyətini analiz etsin”

Musa Quliyev: “İqtidarın işi gücü qurtarmayıb ki, İsa Qəmbərin fəaliyyətini analiz etsin”

Müxalifət mətbuatının İsa Qəmbərə qarşı xüsusi analitik qrup yaradıldığına dair məlumatlar həqiqəti əks etdirmir. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtidarının işi gücü qutarmayıb ki, İsa Qəmbərin fəaliyyətini analiz edən xüsusi qrup yaratsın: "Bu kimi informasiyalar müxalifət mətbuatının öz mətbəxində hazırlanmış xörəkdir. Xüsusən İsa Qəmbərin təsir dairəsində olan KİV-lər onu cəmiyyətdə çox ciddi, vacib, ağır çəkili bir siyasətçi, müxalifət lideri kimi təqdim etməkdən ötrü belə hərəkətlərə əl atırlar. İsa Qəmbərin fəaliyyəti və onun nəticəsi göz qabağındadır. Onun 90-cı illərdən bəri əldə etdikləri xalqın gözü qarşısındadır. Yəni onun fəaliyyətinin analiz edilməsinə heç bir ehtiyac yoxdur. Bütün bunlar seçki qabağı İsa Qəmbəri vacib bir fiqur kimi gündəmdə saxlamaq niyyəti güdür".

Bütün xəbərlər Facebook səhifəmizdə