Əli Əhmədov YAP fəalları ilə görüşüb

Əli Əhmədov YAP fəalları ilə görüşüb

Bu gün Bakı Biznes Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi Əli Əhmədovun partiyanın fəalları ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və digər rəsmi nümayəndələr iştirak ediblər.

Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir: "Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq daim fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb".

2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olu. Bütün bunlar Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə