"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətini erməni tərəfinin qeyri-konstruktiv fəaliyyəti səbəbindən davam etdirmək mümkün olmayıb". SİA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə AŞPA-nın prezidenti tərəfindən Ermənistan nümayəndələri ilə müzakirələr aparılıb və bir daha onların diqqətinə çatdırılıb ki, Dağlıq Qarabağ məsələsi üzrə Alt Komitənin fəaliyyətini davam etdirmək lazımdır: "Təəssüflər olsun ki, hər zaman olduğu kimi Ermənistan nümayəndə heyəti qeyri-konstruktivlik nümayiş etdirərək Alt Komitənin fəaliyyətinin bərpasına imkan verməyiblər. Onların bu mövqeyindən hamının xəbəri var. Qeyri-konstruktivlik göstərmək olar, ancaq gec-tez bir gün konstruktivliyə gəlməyə məcbursan. Ermənilər bir gün məcbur olub gələcək, dəyirmi masa ətrafında əyləşəcəklər və bu məsələ orada müzakirə olunacaq",- deyə Seyidov fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB