Kəlbəcər rayonun ermənilər tərəfindən işğalının 20-ci il dönümü ilə əlaqədar məcburi köçkün rabitəçilərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün rabitəçilərlə görüşüb. Erməni təcavüzü nəticəsində işğal olunmuş Kəlbəcər rayonun 20-ci il dönümü ilə əlaqədar təşkil olunan tədbirdə yüzdən çox məcburi köçkün rabitəçilər iştirak edib. Tədbir Gəncə Telekomunikasiya Qovşağında keçirilib, rabitəçilərə maddi yardımlar edilib. Görüş zamanı sədr S. Orucov çıxışında bildirib ki, Prezident tərəfindən Azərbaycanda çox güclü sosial siyasət aparılır: "Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 Fərman və Sərəncam imzalanıb ki, bu da hər il məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu nəticələrin əldə olunması deməkdir".
S.Orucov həmçinin vurğulayıb ki, son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrələrini verir: "Bu gün Azərbaycan artıq regionda ən güclü orduya malik olan dövlətdir. Biz inanırıq ki, tezliklə torpaqlarımızı erməni təvazökarlarının işğalından azad edəcəyik".
Qeyd edək ki, görüşdə iştirak edən rabitəçilər çıxış zamanı dövlətin onlara göstərdiyi qayğıya, yaradılan şəraitə görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB