Aydın Hüseynov: “Müxalifətdə İkiüzlülük, satqınlıq adi hala çevrilib” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) Siyası Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:
- Aydın müəllim, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Sizcə ölkədə bu seçkilərə hazırlıq hansı səviyyədə gedir?
- Prezident seçkiləri konstitusiyaya uğun olaraq hər beş ildən bir keçirilir. Seçkilər mühüm siyasi hadisədir. Burada bütün siyasi qüvvələr hərəkətə gəlir. Müxalifətin fikrincə, prezident seçkiləri dedikdə yalnız seçki ili ərəfəsində fəal olunmaq gərəkdir. Onların fəallığı isə boş sözlərdən, qaraguruhçuluqdan, radikal düşüncədən ibarət olur və o yana keçmir. Ancaq bu gün sağlam Azərbaycan cəmiyyəti öz prezidentinin ətrafında birləşərək Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti dəstəkləyərək quruculuq, abadlıq və konkret olaraq ölkənin inkişafı ilə məşğuldur. Bu gün Azərbaycan vətəndaşı da görür ki, ölkədə aparılan bütün siyasətin hədəfində yalnız bir məqsəd dayanır ki, bu da ölkə vətəndaşının rahat yaşamasıdır. Ölkəmizin iqtisadi nailiyyətləri günü-gündən artır. Bizim həm dövlət büdcəmizin, həm valyuta ehtiyyatlarımız hər il durmadan artır. Bu mənada ölkədə prezident seçkiləri ilə bağlı hər hansı bir gərginlik yoxdur.
- ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin ilk həftəsində regiona növbəti səfərini reallaşdıracaqlar. Bu səfərdən gözləntilər nə olacaq?
- Məlumdur ki, 1992-ci ildən bu yana ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. Amma buna baxmayaraq onların fəaliyyətində heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, həmsədrlərin növbəti səfərləri də "turistik" səfərə hesablanıb. Əgər əvvəlki illərdə onların regiona səfərlərindən gözləntilər çox olsa da artıq bu belə deyil. ATƏT-in Minsk qrupunun fəaliyyətinin qeyri-qənaətbəxş olduğu cəmiyyətdə də birmənalı şəkildə təsdiqlənir. Əslində leqitim olmayan və xalqı tərəfindən rəğbətlə qarşılanmayan, eləcə də bütün fəaliyyətini Ermənistanı əzgin vəziyyətə gətirib çıxaran prezidentlə onların görüşüb nəyisə müzakirə etməsi və sonradan bu məsələlərlə bağlı hər hansı siyasi qərarın verilməsi ağlabatan deyil.
- Rüstəm İbrahimbəyov Eldar Namazovla birgə "Milli Şura" adlı qurumun yaradılması təklifi ilə çıxış edib. Hətta bununla bağlı özlərinəməxsus siyahı belə tərtbi ediblər. Sizin fikirincə bu siyahı özlüyündə nələri ehtiva edir?
- Bu siyahı kağız üzərində olan sənəddən başqa bir şey deyil. Hələ bunlar heç siyahı tərtib edib onu ortaya qoya bilmirlər, qaldılar ki, bununla nəyəsə nail olsunlar. Axı bunlar cəmiyyətdə nə kimi iş görə bilərlər? Eldar Namazov və Rüstəm İbrahimbəyov öz şəxsi mənafelərini xalqın mənafeyindən üstün tuturlar. Bu insanların indiyənədək olan fəaliyyəti artıq ictimaiyyətə bəllidir. Bu gün konkret bir iş görməyən və cəmiyyət arasında sözdən o yana keçə bilməyən insanlar cəmiyyətdə qəbul olunmur. Belə olan təqdirdə onların tərtbi etdikləri siyashılar da öz təfəkkürlərinə, düşüncələrinə uyğun şəkildə tərtib olunmuş siyahıdır. Əgər onlar tərtib etdikləri siyahıdan imtina edirlərsə və əslində tərtib edib sonra isə biz bunu tərtbi etməmişik deyirlərsə, onların üç gün ərzində fikirləri bu tərzdə dəyişirsə bunlar özlərini hansı siyasi imicdə təqdim edə bilərlər? Bu arada hər şey aydın şəkildə görsənir.
- Aydın müəllim, Arif Hacılı açıqlamalarının birində bildirib ki, Rəsul Quliyevi böhtançı, şantajçı adlandırıb. Bu da təbii ki, R.Quliyevlə A.Hacılı arasında qarşıdurmaya gətirib çıxarıb. Bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə onu deyim ki, bu adamların gördükləri iş çox xırdadır. Bu, eyni zamanda da bir bəhanədir. Həm Müsavat Partiyasının həm Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasının bir-birinə qarşı dərin nifrəti var. Onlar heç bir zaman bir araya gələ bilməzlər. Çünki burada ümumi mənafe yox, şəxsi mənafe var. R.Quliyev cəmiyyətdə heç vaxt birmənalı insan kimi qarşılanmayıb. Əgər biz onun fəaliyyətinə 1993-cü ildən bu yana nəzər yetirsək görərik ki, bu insan dəfələrlə öz mövqeyini dəyişib. İkiüzlülük, satqınlıq, yaltaqlıq bu insana xas keyfiyyətlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB