"Azərbaycanlıların soyqırımı arxiv sənədlərində”

"Azərbaycanlıların soyqırımı arxiv sənədlərində”

Bu gün Azərbaycan Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycanlıların soyqırımı arxiv sənədlərində" mövzusunda I beynəlxalq elmi konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, Milli Məclisin deputatlarının, alimlərin və xarici ölkə nümayəndələrinin iştirak etdikləri konfransda "Azərbaycanlılara qarşı törədilən soyqırımlar", "Şərqi Anadoluda türk əhalisinə qarşı törədilən soyqırımlar", "Azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı Türkiyə arxivlərindəki sənədlərin mövcud vəziyyəti", "Azərbaycanlılara qarşı törədilən soyqırımlarla bağlı Azərbaycan arxivlərindəki sənədlərin mövcud vəziyyəti", "Azərbaycanlılara qarşı törədilən soyqırımlar ölkə və dünya mətbuatında", "Azərbaycanlılara qarşı törədilən soyqırımlar gənc tədqiqatçıların araşdırmalarında" mövzuları ilə bağlı çıxışlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə