Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Novruz Bayramı münasibətilə ziyafət təşkil edilib. SİA-nın məlumatına görə, tədbirə tanınmış siyasətçilər, ictimai xadimlər, ayrı-ayrı diplomatik korpusların nümayəndələri, hökumət rəsmiləri və deputatlar qatılıblar. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun vurğulayıb ki, Azərbaycan onlar üçün dost və qardaş ölkədir. Diplomat 5 aya yaxın bir müddətdə Bakıda səfir kimi çalışdığını xatırladıb: "Bu müddətdə bir daha söylədiklərimin şahidi oldum. Biz burada öz vətənimizdəyik".
Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Bildirilib ki, qədim bayramlardan biri olan Novruz Şərq xalqlarının, xüsusilə də türk xalqlarının ortaq dəyəri, ortaq bayramı sayılır: "Novruz özündə türk millətinin mental yaddaşını qoruyub saxlayaraq bu xalqları ortaq tarix və milli dəyərlər ətrafında birləşdirməyi bacaran birlik bayramıdır. Novruz həm də yeni gün anlamında yeni ilin, yeni həyatın rəmzidir. Qoy bu bayram həyatınıza yeni təravət, qəlbinizə fərəh və sevinc gətirsin. Üzünüzdən təbəssüm, süfrənizdən ruzi-bərəkət əskik olmasın. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".
Sonda, səfirliyinin binasında qonaqlara ziyafət təşkil olunub və adət-ənənəyə uyğun olaraq bayram tonqalı yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB