“Abdulla Gülün təbriki rişxənd idi” FƏRQLİ YANAŞMA

“Abdulla Gülün təbriki rişxənd idi” FƏRQLİ YANAŞMA

"Türkiyə prezidenti Abdulla Gülün bu seçkilərin nəticələri tanınmamış Ermənistanın cinayətkar Serj Sarkisyanını təbrik etməsi sadəcə olaraq bir rişxənd idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, bu təbrik onu göstərir ki, Ermənistan cinayətkar dövlətdir və onun prezidenti də cinayətkar kimi fəaliyyət göstərəcək: "Abdulla Gül beynəlxalq qanunları çox yaxşı bilən, beynəlxalq təşkilatda çalışmış bir siyasətçidir. Bu seçkilərin nəticələri tanındıqdan sonra Ermənistanın qanunu seçilmiş prezidentini təbrik edə bilərdi. Ölkə daxilində mübahisələrin getdiyi, seçkilərin ədalətsiz, qanunsuz keçirildiyi, namizədlərdən birinin güllələndiyi bir vaxtda onu təbrik etməsini sadəcə Ermənistan rejiminə, terror dövlətinə verilən qiymət kimi dəyərləndirirəm. Bu məsələni başqa cür izahı yoxdur. Bəzi açıqlamalarda bildirilir ki, Abdulla Gül protokol naminə həmkarını təbrik edib. Bu belə anlaşılmamalıdır. Ermənistandakı ermənilər də Sarkisyan rejiminə tab gətirməyərək ölkəni tərk edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə