Təhmasib Novruzov: “Əli Kərimli kreslo üçün hər cür şərəfsizliyi edər”
"Əli Kərimli üçün bəd əməllər əksik deyil. O, kreslo üçün hər cür şərəfsizliyi etməyə qadir olan şəxsdir. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçıları Birliyi" nin sədri Təhmasib Novruzov Əbülfəz Elçibəyin zəhərlənməsində Əli Kərimlinin əli olduğuna dair yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Əli Kərimli hər cür şərəfsizliyə gedən adamdır: "Almurad ağanın ölkə başçısına belə bir məktubla müraciət etməsi şübhələri artırır. Bu məsələ araşdırılmalıdır. Faktdır ki, Əbülfəz bəyi zəhərləyib öldürüblər. Şübhəli şəxslərdən ilk ağıla gələni Əli Kərimlidir. Hamıya məlumdur ki, Ə.Elçibəyin öldürülməsi ərəfəsində Ə.Kərimli sədrlik uğrunda çox ciddi mübarizə aparırdı. Onun Türkiyədə xəstə olduğu zaman Ə.Kərimlinin nəzarətində olan qəzetlər Ə.Elçibəy haqqında ağıla sığmaz yazılar dərc edirdilər. Bütün bunlar onu deməyə əsas verir ki, həqiqətən Ə.Elçibəyi Ə.Kərimli zəhərlədib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB