Əli Əhmədov gənclərin suallarını cavablandırıb FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov partiyanın Yardımlı rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın məlumatına görə, YAP-ın sədr müavini daha sonra YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin fəalları ilə dəyirmi masa arxasında görüş keçirib.

Tədbirdə gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirilməsindən söz açılıb.

Görüşün sonunda YAP sədrinin müavini Əli Əhmədov gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, tədbirdə həmçinin YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə