"Kölgə kabineti"ni yaradanlar bir ömür kölgədə qalan insanlardır. Bunu SİA-ya açıqlamsında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Müsavat və AXCP tərəfindən yaradılan "kölgə kabineti"nə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu insanlar kölgədə qalan arzularını dilə gətirirlər: "Bu kabineti yaradanlar hər seçki öncəsi belə fikirlər səsləndirirlər. Bu bir növ siyahıda adı halanan şəxslərə təsir göstərmək üçün texnalogiyadır. Hesab edirəm ki, bu şəxslər maraqlı siyasi partiyalar tərəfindən ortaya atılıb. Amma bu köhnəlmiş, effekt verməyən bir texnalogiyadır. Dünyanın heç bir yerində bu kimi texnalogiyalardan istifadə olunmur. Ancaq seçki yaxınlaşdıqca bir siyasi qüvvə başqa bir siyasi qüvvənin diqqətini cəlb etmək və ya onun haqqında real güc mərkəzi olmadığı rəyini yaratmaq üçün belə addımları atacaq. Bütün bunlara baxmayaraq nəticə sıfıra bərabərdir. Çünki absurd bir siyahıdır. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazım deyil".
E.Mirzəbəyli müxalifətdə təmsil olunanların "kölgə kabineti"nin siyahılarına rişxəndlə yanaşmasına da münasibət bildirib: "Onlar özlərinin yaratdıqları siyahıları məsxərəyə qoyurlarsa, bu o demək deyil ki, onlar siyasi prespektivlərinə inanmırlar. Ortaya atılan siyahı da ac toyuğun yuxuda darı görməsinə bənzəyir. Yuxuda gördükləri üçün hazırlanan siyahı da özlərinə gülünc gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB