Qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində ATƏT-in monitorinq keçirdiyi bir vaxtda erməni hərbçiləri Ağdam istiqamətində Azərbaycan ordusunun üzbəüz mövqelərini yüngül və ağır atıcı silahlardan atəşə tutub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, nəticədə cəbhə xəttində milli ordunun əsgəri hücumların qarşısını dəf edərkən yaralanıb. 20 yaşlı Şahmar Daşdəmirov qarın boşluğundan güllə yarası alıb. Yaralı əsgər dərhal təcili tibbi yardım avtomobili ilə hospitala çatdırılıb. Hazırda əsgər həkim nəzarətindədir.
Qeyd edək ki, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB