Azərbaycan gəncliyi özünün ən möhtəşəm bir dövrünü yaşayır. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi ən yüksək zirvədədir: "1997-ci ildən Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral gənclər günü kimi qeyd olunur. Bu sərəncamın verilməsi təsadüfi deyildi. Çünki gəncləri öz arxasınca apara biləcək bir qrum yox idi. Eyni zamanda gənclik enerjisini, potensialını ortaya qoyacaq və ondan bəhrələnəcək meydan yox idi. İlk olaraq Gənclər və İdman Nazirliyinin yaradılması və 2 fevralın gənclər günü kimi elan olunması onlar üçün stimul oldu. Bu fərman, gənclərin bir yerə toplaşması və fikirlərinin bölüşməsi fonunda dövlətimizin bu və ya digər formada idarəçilik strukturlarında təmsil olunması üçün baza rolunu oynadı. Bu gün gənclər təşkilatlarının ən mütəşəkkil, dövlətçiliyi və vətənpərvərliyi hər şeydən üstün tutan Yeni Azərbaycan Partiyasının gənclər qanadı var. Artıq gənclər ölkənin bütün sahələrində, həm siyasi, həm iqtisadi həyatında çox fəal şəkildə iştirak edirlər. Bu gün gənclər cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməklə yanaşı onun həyata keçməsində önəmli rol oynayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB