Seymur Orucov: "Ölkəmizdə yüksək intellektə malik gənclər ordusu formalaşıb"
"Azərbaycan gəncliyi böyük potensiala malikdir. Eyni zamanda, YAP Gənclər Birliyinin timsalında ölkəmizdə yüksək intellektə malik gənclər ordusu formalaşıb". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, hazırda partıyanın gəncləri bir sıra maraqlı layihələr həyata keçirirlər. Onun sözlərinə görə, yaxın zamanlarda "Qış məktəbi" layihəsi də reallaşdırılacaq.
"Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsidir, dövlətçiliyimizin qorunmasında və inkişafında müstəsna rol oynayır. Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti məhz bu müqəddəs amala xidmət edir. Yüksək intellektli gənclərin YAP-ın sıralarına qoşulması onların partiyamızın ideya və prinsipləri ətrafında birləşmək istəyi ilə bağlıdır", - deyə S.Orucov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB