"Ermənistandakı seçkilərdə kimin qalib olmasından asılı olmayaraq onun Dağlıq Qarabağa olan mövqeyini Rusiya müəyyənləşdirəcək". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı seçkilərdən sonra qalib gələn şəxsin Dağlıq Qarabağ münaqişəsinin həllindəki roluna münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistandakı seçkilər əslində formaldır: "Rusiyanın tapşırığı ilə Serj Sarkisyanın prezidentliyi demək olar ki, təmin olunub. Son günlər Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın siyasətdən getdiyini açıqlaması və S.Sarkisyanın ən böyük rəqiblərindən olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın Rusiyanın tapşırığı ilə seçkilərdə iştirakdan imtina etməsi Ermənistandakı seçkilərin bir daha formal olduğunu deməyə imkan verir. Çünki bu məsələdə Sarkisyan Rusiya ilə razılaşıb. O, Avropa və Amerikaya onların tapşırıqları ilə hərəkət etdiyini desə də, sonda prezident seçilmək şərti ilə Rusiyanın təsirinə daxil oldu. Rusiya da onun üçün böyük rəqib olan L.Petrosyanı və Qaqik Tsarukyanı aradan götürdü. Ümumiyyətlə, Ermənistan müstəqil siyasət yeridə bilmir. Dağlıq Qarabağ münaqişəsinin həllində S,Sarkisyan hər zaman ziddiyyətli mövqe nümayiş etdirib. Qan tökməklə hakimiyyətə gəlmiş S.Sarkisyan DQ məsələsində xeyli yumşaq mövqedə idi və Azərbaycanın DQ-yə investisiya qoymasından danışırdı, "Azərbaycan bacarırsa, DQ ermənilərini özünə tərəf çəksin" deyirdi. Beləliklə, S.Sarkisyan M.Yovanoviçin atdığı addımlar nəticəsində qorxu hissini itirdi və DQ məsələsində mövqeyini sərtləşdirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB