6 milyard arzu və duadan sonrakı gün

6 milyard arzu və duadan sonrakı gün

Müxtəlif elmi analizlər sübut edib ki, göy qatında söz buludu toplanıb qalır və sonra material bir gücə çevrilərək yerə qayıdır. Sadə dilə çevirsək, hava məkanında da xüsusi yaddaş faylları mövcuddur yəni kompüterlər kimi. SİA-nın xəbərinə görə, bu haqda millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində məlumat yayıb.

Deputat deyir ki, dünən dünyanın müharibə ocaqları və ölümləri əvvəlki zamandan çox da fərqlənmədi: "İraqdan Suriyaya, Əfqanıstandan Liviyaya qədər uzanan bir qurşaqda xalq hələ də hüzur və ədalət gözləyir. Lakin 31 dekabrda milyardlarla insanın arzu və dualarının fərqli bir gələcək yaradacağına inanaraq fərqli və yeni bir günə başlayırıq. Milli uğura qovuşmadan hər kəsin fərdi xoşbəxtlikləri natamam görünür. Ona görə ilə başlarkən bunu unutmayaq.Yeniyə can atmaq insanın doğal təyinatıdır.Yaponlar deyir ki, ən böyük uğur da birinci addımdan başlayır.13-cü ili insanlıq, humanizm, barış və hamının rifahına çevirməyə çalışanlar millətin gələcəyinin qurucuları olacaqlar".

Z.Oruc onu da sözlərinə əlavə edib ki, insanların düşərliliyindən təqvim düzəltsək, o zaman illər həqitəqətən də yeni olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə