"Azərbaycan Kristof Ştrasserin hazırladığı məruzəni əsas sənəd hesab etmir"
"Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hazırladığı məruzəni deyil, monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçilərin hazırladılğı monitorinqi əsas sənəd hesab edir. Odur ki, bir sıra KİV orqanlarında Kristof Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı siyahıdan kimlərinsə çıxarılması məlumatları həqiqətə uyğun deyil". SİA-nın məlumatına görə, bunu açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Onun szölərinə görə, ola bilsin ki, K. Ştrasserin hazırladığı siyahı ilə monitorinq komitəsinin hazırladığı siyahıdakı insanlar üst- üstə düşə bilər: "Azərbaycan onun hazırladığı məruzə ilə işləyə bilməz, çünki onun məqsədləri başqadır. Biz monitorinq komitəsinin hazırladığı məruzə ilə konstruktiv işləyirik".
S. Seyidov onu da vurğulayıb ki, Ermənistan tərəfi hər zaman olduğu kimi Azərbaycana qarşı qərəzli mövqe göstərəcək: "Ermənistan tərəfi Azərbaycanla bağlı məsələdə hər zaman bizə qərəzli mövqe nümayiş etdirməyə cəhd edir. Əminəm ki, qış sessiyasında ermənilər bizi istəməyən qüvvələrlə birləşib ölkəmizə qarşı fəaliyyət göstərəcəklər. Azərbaycanla bağlı hazırlanan sənəddə ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsi öz əksini tapdığına görə ermənilər daha aktiv fəaliyyət göstərəcəklər. Onların sənədə ciddi müdaxilə edə bilmədiklərinə görə, Dağlıq Qarabağla bağlı hansısa alternativ sənəd ortaya qoyması qaçılmazdır. Buna görə də onların ortaya alternativ sənəd çıxaracaqları istisna deyil. Ancaq unutmaq lazım deyil ki, monitorinq komitəsinin hazırladığı məruzə Avropa Şurası tərəfindən, ermənilər tərəfindən hazırlanan sənəd isə ermənilər tərəfindən gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB