Xaçmazda ağır yol qəzası baş verib. Xaçmaz Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, Xaçmaz rayonu Pirquluoba kənd sakini, 1938-ci il təvəllüdlü Mövlan Əlifxanov idarə etdiyi "VAZ-2106" markalı 10 EZ 144 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək maşını Xan kanalına salıb. Hadisə nəticəsində M.Əlifxanov ölüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində cəsədin tapılması istiqamətində axtarış aparır.
Faktla bağlı araşdırmaya başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB