Sədaqət Vəliyeva: "Uşaqlara qayğının göstərilməsi bilavasitə Ulu öndərimiz Heydər Əliyevin şəxsi nümunəsindən qaynaqlanır"
YAP Nizami rayon təşkilatının təşkilatçılığı ilə bir qrup partiya fəalı 31 dekabr Milli Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Saray qəsəbəsində yerləşən 7 nömrəli internat evini ziyarət edib. SİA-nın verdiyi məlumata görə, rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib ki, bu cür internat evlərinin daim diqqət mərkəzində saxlanılması, uşaqlara qayğının göstərilməsi bilavasitə Ulu öndərimiz Heydər Əliyevin şəxsi nümunəsindən qaynaqlanır: "Həmin diqqət və qayğı hazırda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın timsalında yüksək səviyyədə özünü göstərir".
Millət vəkili diqqətə çatdırıb ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından - xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və ya vasitəçilərdən ümumbəşəri əxlaq, etika və nəzarət normalarına dönmədən riayət olunmasını tələb edir: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir".
Sədaqət Vəliyeva həmçinin, diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı da bu cür sosial tədbirləri müntəzəm olaraq, təşkil edir. Sonra internat evinin ehtiyacları nəzərə alınmaqla gətirilən hədiyyələr uşaqlara çatdırılıb və Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Məktəbinin kollektivi musiqili proqramla çıxış edib.
İnternat evinin kollektivi də öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB